Görkəmli şiə fəqihi Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Qolpayqaninin rəsmi saytı ilə tanışlıq.
Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Qolpayqaninin rəsmi saytı 1381-ci ilin Bəhmən ayında aşağıdakı məqsədlər üçün işə başladı :
1- İslamın uca və bəşərsevər təlimləri və Əhli-Beytin dəyərli maariflərininin təbliğ və yayılması.
2- Müsəlman bacı və qardaşlar üçün İslam və şiə xəbərləri və etiqadi, fiqhi suallara cavab vermək məqsədi ilə beynəlxalq interinet şəbəkəsində münasib mənbəyin olması.
3- Bütün dünya şiələri ilə ikitərəfli, sıx elmi və mənəvi əlaqə saxlamaq.
4- Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi cənablarının elmi və əməli üslublarını tanıtdırmaq. Həmçinin yüzdən artıq dəyərli əsərin və fiqhi hökm və fətvaların saytda göstərilməsi.
5- Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi cənablarının İslam dünyası barəsində nəzər nöqtələri və baxışlarıni diqqət mərkəzinə çatdırmaq.
Sayt bir baxışda :
Bu sayt əsas üç hissədən ibarətdir :
1- Dini maariflər
2- Dini dialoqlar
3- Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Qolpayqaninin həyatı, fikirləri, düşüncələri və elmi və əməli üslubları ilə tanışlıq.
Dini maariflər :
Bu hissə oxucuların müxtəsər və tez İslam maarifi ilə tanışlığı məqsədi daşıyır. Saytın bu bəxşində aşağıdakı mövzular barəsində ümumi məlumatlar əldə edə bilərsiniz :
-
İslam və Peyğəmbər.
-
Quran.
-
Əqaid : oxucu bu bəxşdə aşağıdakı kiçik ünvanlarla tanış ola bilər :
Allahtanıma, Peyğəmbərtanıma, Məadtanıma, İmamtanıma və sair.
-
Nəhcül-bəlağə : Bu hissədə İmam Əli (ə)-ın qısa kəlamları “Nəhcül-bəlağədən 40 həyat təcrübəsi” adı ilə oxucuların ixtiyarında qoyulur.
-
Əhlibeyt (ə) : Bu qismətdə On dörd məsumun həyatını müxtəsər şəkildə, ayrıca on dörd fəsldə verilir.
-
İmamət və Məhdəviyyət : Bu fəsl Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safinin İmamət və məhdəviyyət mövzusunda əsaslı və mühüm 14 əsəri verilir. Kitabların adları aşağıdakılardan ibarətdir: İmamət sistemində Tövhid təcəllası, İmamşünaslıq barəsində, İmamlıq və Rəhbərlik sistemi, Nüdbə duasında vilayət ziyası, Kainatın İmam Zaman (ə.c) -ə bağlılığı, Hüriyyət inancları, İlahi Höccəti tanıma, Əmn-Amanlıq Müjdəsi, On suala cavab.
Dini dialoqlar :
Tarix boyu dindar möminlər öz dini inanclarını axtararaq seşmiçlər. Bu çox ağıllı və düzgün seçimdir. Müqəddəs Quranda bu ruhiyyədə olmağa möminləri dəvət edir:
«فسئلوا اهل الذکر إن کنتم لا تعلمون»
Etiqadi suallar
Bu qismətdə bir sıra etiqadi suallar Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Qolpayqaninin cavabları ilə verilir. Bu qismətdə Din maarifi kitabından seçmələr də vardır.
Şəri suallar
Bu hissədə Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Qolpayqaninin idarəsinə göndərilən şəri suallar cavabları ilə istifadə edənin ixtiyarına verilir.
Cavanların məktubları
Bu bəxşdə cavanların səmimi məktublarından parçalar və Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Qolpayqaninin tərbiyətləndirici, əxlaqi və irfani məktubları və cavablarıdır.
Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Qolpayqani ilə tanışlıq:
Saytın bu qismətində Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Qolpayqaninin 100 dən artıq elmi əsərləri, dərsləri və bəzi baxışları ilə tanış ola bilərsiniz.
Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Qolpayqaninin risaləsi və həcc əməlləri hökmlərini bu hissədə görə bilərsiniz.
Bu hissədə faydalı, dəyərli və əhəmiyyətli məsələlərdən ən əsası Ayətullah-ul-üzma hacı şeyx Lütfüllah Safi Qolpayqaninin elmi əsərləri və 65 cilddən artıq kitabınin bu səhifələrdə olmasıdır.
Hal-hazırda isə digər kitabların daha tez şəkildə sayta yerləşdirilməsi hazırlanır.