Peyğəmbər (s) və Ali İmran surəsinin beş ayəsi
Ali İmran sonunda beş ayə var ki cəzb edicilik və əzəmət baxımından yüksək məqamda durur. Tanrının saleh bəndələri üçün ən yaxşı irfani zümzümədir.
Məsum imamlar (ə) öz ardıcıllarına buyurublar ki bu beş ayəni gecə namazı qılanda oxusunlar. Qeyd olunan Ayələr aşağıdakılardır:
اِنَّ في خَلْقِ السَّماواتِ وَ الاَرْضِ وَ اِخْتِلافِ اللَّيْلِ وَ النَّهارِ لآياتٍ لِاُولِيِ الْاَلْبابِ الَّذينَ يَذْکُرُوْنَ اللهَ قيامَاً وَ قُعُوداً وَ عَلي جُنُوبِهِمْ وَ يَتَفَکَّرُونَ في خَلْقِ السَّماواتِ وَ الاَرْضِ رَبَّنا ما خَلَقْتَ هذا باطِلاً سُبْحانَکَ فَقِنا عَذابَ النّارَ رَبَّنا اِنَّکَ مَنْ تُدْخِلِ النّار فَقَدْ اَخْزَيْتَهُ وَ ما لِلظّالِمينَ مِنْ اَنْصارٍ رَبَّنا اِنَّنا سَمِعْنا مُنادِياً يُنادي لِلْاِيْمانِ اَنْ آمِنُوا بِرَبِّکُمْ فآمَنّا رَبَّنا فَاغْفِرْلَنا ذُنُوبَنا وَ کَفِّرْ عَنّا سَيِّئاتِنا وَ تَوَفِّنا مَعَ الاَبْرارِ رَبَّنا وَ آتِنا ما وَعَدْتَنا عَلَي رُسُلِکَ وَ لا تُخْزِنا يَوْمَ القِيامَةِ اِنَّکَ لا تُخْلِفُ الميعادَ1
Peyğəmbər (s) və bu Ayələrin gecə vaxtı oxunuşu
İmam sadiq (ə)- dan Peyğəmbər (s)- ın gecə ibadətləri barəsində bir hədis nəql olub ki, onun xülasəsi belədir:
Peyğəmbər (s) öz dəstəmaz suyunu başının yuxarısına qoyardı və onun üstünü örtərdi. Döşəyinin altına misvak qoyardı. Bir az yatdıqdan sonra oyanar, və asımana tərəf baxardı və Ali İmranın qeyd edilən beş ayəsini tilavət edərdi. Sonra misvak vurardı və məscidə gələrdi. Sonra dörd rəkət namaz qılardı.
Elə bu vaxt yatağına gəlib bir az istirahət edərdi. Sonra oyanıb, oturar yuxarıda qeyd olunan Ayələri ikinci dəfə tilavət edərdi. Yenidən göyə tərəf baxardı. Daha sonra misvak vurub, dəstəmaz alıb məscidə gedərdi. Yenıdən dörd rəkət namaz qılardı və sonra öz yatağına girərdi. Bir az yatar sonra oyanar, oturardı. Yuxarıda kı ayələri oxuyardı. Göyə baxardı. Ondan sonra misvak vurardı təharət edərdi.Məscidə gələrdi iki rəkət namaz qılardı. Sonra “vitir” namazını qılardı. Bunlardan sonra süb namazına hazırlaşardı.
________________________________________
- Ali Imran surəsi 190- 194 cü ayələr