ETİKAFIN HÖKÜMLƏRİ

1- Sual: Əgər etikaf halında bədənin bir yeri nəcis olarsa, aya onu tez pak etmək lazımdır?
Cavab: Xeyr, onu tez paklamaq vacib deyil.
2- Sual: Etikaf halında bütün günü dəstəmazlı olmaq lazımdırmı?
Cavab: Etikaf halında bütün günü dəstəmazlı olmaq vacib deyil. Amma hər halda dəstəmazlı olmaq müstəhəbdir.
3- Sual: Əgər bir insan məsciddə etikaf günlərində cənabtli olarsa, vəzifəsi nədir?
Cavab: Əgər cənabətli olarsa, məsciddən tez çıxıb, cənabət qüslu verməlidir. Amma etikafı düzgündür. Amma əgər bilərəkdən istimna və onun kimi işlər əsərində olarsa, etikafı batildir.
4- Sual: Ən az və ən çəx etikaf müddəti nə qədərdir?
Cavab: Etikafın ən azı üç gündür və ən çoxu təyin edilməyib. Hər vaxt etikafa iki gün artırarsa, üçüncü gün vacib olur, etikafın ən fəzilətli günləri ramazan ayının axırıncı on günüdür.
5- Sual: Ata və ananın icazəsi olmadan etikaf saxlamaq olarmı?
Cavab: Əziyyət olmadığı təqdirdə valideynin izni şərt deyil. Ancaq övlad bilsə ki, ata və anası etikaf saxlamaqda övlada mehribançılıq və məhəbbət cəhətindən narahat olacaqlar, onda gərək onların razılığını cəlb etsin. Amma valideynin inkarı və nəhyi ilə etikaf batildir.
6- Sual: Müstəhəbi etikaf saxlamaq üçün məscidə getmişık, onu poza bilərikmi?
Cavab: Müstəhəbi etlikafı iki gün tamam olmamışdan qabaq pozmaq olar. Amma iki gün keçsə, üçüncü günün etikafı vacib olur.
7- Sual: Şəhərin butun məscidlərində etikaf saxlamaq düzgündür?
Cavab: Etikaf, şəhərin came məscidində olmalıdır və başqa məscidlərdə və ya unverstetlərin namazxanalarında, etikaf saxlamaq düzgün deyil.
Came məscidi o məscidə deyilir ki, bazar, qəbilə və məhəllə məscidləri kimi məxsus bir qurup üçün tikilməmişdir. Mümkündür cami məscidi çoxlu və bir- birinə yaxın olsun.
8- Sual: Hansı hallarda insana etikaf vacib olur?
Cavab: Bir şəxs nəzir ya əhd etsə ya and içsə ki, etikaf saxlasın, bu halda etikaf vacib olur və həmçinin iki gün qalan insana üçüncü günün etikafı vacib olur.
9- Sual: Etikaf edən şəxs, etikafın üç gün orucunu nəzir, qəza və kəffarə hesab edə bilər?
Cavab: Bəli. Nəzir, qəza və kəffarə oruclarını etikafda əncam verə bilər. Lazım deyil oruc tutmaq etikaf üçün olsun.
10- Sual: Etikafda məscidin həyəti məscid hökmündədir?
Cavab: Məscidin həyəti məscid hökmündə deyil. Amma məlum olsa ki, həyəti də məscid adı ilə birgə vəqf ediblər, onda məscid hökmündədir.
11- Sual: Cümə namazına getmək üçün etikaf yerindən xaric olmaq olarmı?
Cavab: Zahir budur ki, xarc olmaq olar. Amma lazım olan ən az zamanı riayət etməlidir.
12- Sual: Atadan icazə almadan övladın etikafı səhihdir?
Cavab: Əgər valideynin əziyyətinə səbəb olmasa, icazə almağa ehtuyac yoxdur.
13- Sual: Etikafın üçüncü günü şəxs xəstələnərsə ya bir zərurət qabağa gələrsə, etikafı sındıra bilərmi?
Cavab: Orucu üzürlü səbəbdən tuta bilməzsə, etikaf batil olur. Kəffarəsi də yoxdur.
14- Sual: Cami məsciddən qeyri (universitetin namazxanası kimi) yerdə etikafən hökmü nədir?
Cavab: Cami məscidindən qeyri yerlərdə etikaf səhih deyil və etikafın hökümlərini daşımır. Cami məscid o məsciddir ki, məxsus qurupa və qəbiləyə xass deyil. Kütlənin müxtəlif təbəqələri o məscidə get- gəl edirlər.
15- Sual: Məkkəyə gedən şəxslər Məscidul- haramda etikaf saxlaya bilərlər?
Cavab: Əgər Məkkədə on gün qalmaq niyyətləri olsa və ya səfərdə orucu nəzir etmiş olsalar etikafın işkalı yoxdur. Qeyri surətdə səhih deyil, və etikaf saxlamaq batildir.
16- Sual: Etikaf günlərində dərs siniflərində iştirak edə bilərik?
Cavab: Dərs siniflərinə getmək etikaf saxlanılan yerdən çıxılması cayiz olan yerlərdən deyil.
 

Hal hazırda behişt və cəhənnəm var

Sual: Hal hazırda behişt və cəhənnəm var?
Cavab: Ayə və rəvayətlərdən belə çıxır ki, vəd edilmiş behişt və cəhənnəm hal hazırda mövcuddur. Axirətdə isə tam şəkildə öz əksini tapacaq. İnsan öz əbədi yerində əməlləri, inancları və əxlaqı səviyyəsində sövq veriləcək. Lakin behişt və cəhənnəm üçün digər növlərdə təsvir olunub. Məsələn: dünyada müşahidə ilə, insanın bərzəxdəki yeri ona təcəlla olunaraq, göstərilir. Bu da onun ləzzət və ya əzab almasına səbəb olur. Əlbəttə əməllərin, inancların və əxlaqın insan axirətində necə təsir qoyacağı barədə fikir ayrılığı var və müxtəlif təfsirlər mövcuddur. Ümumiyyətlə belə formaya salmaq olar:
A) Həzrəti Adəm və Həvvanın daxil olduğu behiştdir ki yer üzünə hübut edib.
b) Əməllərin behişt və cəhənnəmi ki, insanı əhatəyə alıb.
v) Bərzəxdəki behişt və cəhənnəm ki, vəd edilmiş behişt və cəhənnəmdən bir nümunədir, lakin onların özü deyil. İnsanın behişt ə ya cəhənnəmə getməsinin qəti olması özünün ixtiyarında və onun əmməllərinə bağlıdır.
Behişt və cəhənnəmə insanın əbədi yeri kimi qiyamətdən sonra inanc qeybə iman etmə yerlərindən biridir. Bunlar nəqlə yəni ayə və rəvayətlərə müraciət etdikdən sonra tam formada anlana bilər. Ağıl yolu ilə isə bunlar tam şəkildə araşdırılıb, aşkar oluna bilməz. Əlbəttə bu növ məsələlər o qədər də çox və ya qaranlıq deyillər ki, insanın inancına xələl gətirsinlər.
O cümlə məsələlərdən biri də budur ki, behişt ə cəhənnəm hal hazırda mövcuddurlarmı? Əgər varlarsa, haradadırlar? İndi necədirlər? Boş yerdirlər ki, insanlar oranı doldurub təkmilləşdirəcəklər yoxsa, ümumilikdə yaradılıb və insanlar orada ancaq axirətdə daxil ola biləcəklər və yaxut behişt ə cəhənnəm axirətdə yaradılacaq? Və...
Yuxarıda kı sualları araşdırmaq üçün iki məsələni diqqətlə nəzərdən keçirtmək lazımdır?
İnsanın əməllərinin onun axirətinə təsirinin keyfiyyəti,
Behişt və cəhənnəmin növləri və onların barəsində müxtəlif baxiş və nəzəriyyələr.
İnsanın əməllərinin onun axirətinə təsirinin keyfiyyəti barədə nəzəriyyələr:
Axirətdəki savab və günahlar müqavilə şəkilində dünyada insanın fikirlərinin, niyyətlərinin və əməllərinin şəkilində təsir göstərir. Şəri təzirlər, həddlər və ya intizamio qayda pozğunluqları kimidir. Yəni dünyadakı əməllər ilə axirətdəki hadisələr arasında həqiqi əlaqə yoxdur.
Axirətdəki savab və cəzalar enerjinin maddəyə dönmə növündəndir. Yəni insanın dünyada yaxşı və pis işlər üçün sərf etdiyi enerjilər, axirətdə maddəyə çevirilərək, insanın nemətli ya əzablı yerdə olması ilənəticələnəcək.
İnsanın halətləri, fikirləri və əməlləri zahir və batinə malikdirlər. Dünyada insan növü üçün ancaq onun zahiri və xarici görünüşü aydındır. Əksəriyyət onun batinindən xəbərsizdirlər. Ölümdən sonra onların batinləri bərzəxdə və kamil formada qiyamətdə aşkar olacaq. Həmin batinlər şəxsin nemət və ya əzabda olmasına gətirib çıxardacaq.
İnsanın halətləri, fikirləri və əməlləri insanın bədəni və ruhundan xaric olduğu kimi, onun batini və ya sirətinə də təsir göstərirlər. Və onu formalaşdırırlar. Baxmayaraq ki, insanın özü öz batini sirətindən və bu təsir qoyma prossesindən qafildir. Dünyada sifətlər insan kimidirlər. Axirətdə isə batinlər aşkar olacaq və insan özü özünə dünyada bağışladığı xasiyyətlərlə zühur edəcək. Bu batinin aşkar olması səadət və ya əzab məsələsi ilə nəticələnəcək.
İlkin iki nəzəriyyə Quran və hədislərin zahiri ilə uyğun deyil. Axirətdəki əzab və səadətin məsələsini araşdıra bilməz. Sonrakı iki nəzəriyyə Quran və hədislərin zahiri ilə uyğun olmalarına baxmayaraq, lakin bərzəx və qiyamətin təkcə bəzi hallarını açıqlama imkanlarına malikdirlər. Onların hamısını açıqlama imkanları yoxdur.
2) Behişt və cəhənnəmin növləri və onların barəsində müxtəlif baxiş və nəzəriyyələr:
A) Allahın verdiyi vədə və əzablar behişt və cəhənnəmlər yalnız tərbiyət cəhətdən mühümdür. Həqiqətdə behişt və cəhənnəmin almasına zərurət yoxdur. Cəmiyyət behişt tamahı ilə zə cəhənnəm qorxusu ilə pisliklərdən uzaqlaşıb və yaxşılıqlara tərəf gedirlərsə, Allahın məqsədi yəni insanın islahı prossesi hasilolur. Elə bi kifayətdir.
B) Behişt təbəqəsiz tövhid cəmiyyətidir. Cəhənnəm isə sərmayədarlıq sistemidir. Bunlardan başqa bir şey deyil. Deməli behişt sevərlər fəhlə sistemini yaratmalıdırlar ki, bu dünyada behiştə çatsınlar.
C) Behişt bu dünyanın başqa kürələrindədir. Teknologiya və astoronomiyanın inkişafı və təkamülü ilə oranı da ələ keçirəcəyik. Və yer cəhənnəmindən azad olacağıq.
Q) Behişt yəni fəzilətli sifətlərə sifətlənmək və cəhənnəm yəni pislikərə bulaşmaq. Nəticədə behişiti sevən və cəhənnəmdən uzaqlaşmaq istəyən şəxs pisliklərdən uzaqlaşmalı və yaxşılıqlara bəzənməlidir.
Bu dörd təfsir də matriyalistlərin tərəfindən verilən araşdırmadır. Quran və hədislərin zahiri ilə uzlaşmayıb və peyğəmbərlərin göndərilməsi və kitabların gəlməsi və qeybə iman və s məsələlərlə ziddiyyət təşkil edir. Qəbul olunmur. Çünki Quran ayələrində sifətləndirilən behişt və cəhənnəm insan ölümündən sonra və qiyamətdə göstəriləcək. İnsanın həmişəlik mənzilgahı olacaq. Dünyadada keçici və fani şəkildə yox.
D) Həzrəti Adəmin və Həvvanın yaradldıqdan sonra daxil olduğu behişt ki bir müddətdən sonra oradan çıxdılar və yerə gəldilər, o behişt bu dünyadan bir mərhələ sayılır. Cünki əgər bu cür olmasaydı Adəm (ə) oradan çıxmazdı. Həmçinin insan əməlləri onun tapılmasında və keyfiyyətində heç bir dəxaləti olmayıb.
L) Bərzəxdəki behişt və ya cəhənnəm İnsan əməllərinin batini əməllərinin təcəllası: İnsan əməllərinin batini əməllərinin təcəllası və bəzxi insanların sirəti məna və qəlb əhli üçün ölümdən qabaq sırf möminlər və kafirlər üçün ölümdən sonra aydən olur. Batinlərini görmək onların qiyamətə qədər səadət və ya əzablanmasına səbəb olur.
Bu behişt və cəhənnəm çünki qiyamətdən qabaqdır, dünya və onun mərtəbələrindən bir kimi sayılır və dünyada olan insanlara işrafları var. Bəzən də yuxu aləmində gözə görükürlər. Bu nəzər üçüncü və dördüncü nəzərlər ilə təfsir oluna bilər.
M) Axirətdə ki behişt və cəhənnəm: Ayə və hədislərdən belə nəticə almaq olar ki, Bu behişt və cəhənnəm hazırda mövcüddür. Çünki onun bir qismi meracda Peyğəmbərin müşahidəsi olubdur. Bu formada ki, hər dünyaya gələn uşaq üçün iki yer biri behiştdə və digəri isə cəhənnəmdə açılır. Əgər saleh əməllər və imanla dünyadan gedərsə, behişt yerinə gedəcək və əgər bu cür olmazsa, cəhənnəm yerinə gedəcək. Lakin onun behişitin müxtəlif mərhələlərində qərar tapması və ya cəhənnəmin mərtəbələrində olmasə və ləzzətlətdən və əzablardan bəhrələnməsi insanının bu dünyadakı əməllərinə bağlıdır.
İmam Sadiq (ə) dan mötəbər hədisdə gəlibdir ki, Allah taala heç kəsi yaratmayıb məgər həm behiştdə və həm cəhənnəmdə onun üçün bir yer hazırlayıb, Elə ki behişt əhli behiştdə və cəhənnəm əhli cəhənnəmdə yerləşdi, münadi nida edəcək: Ey behişt əhli gəlin cəhənnəmdəki yerlərinizə baxın və onlar da baxacaq onların cəhənnəmdə ki yerlərini onlara göstərəcəklər. Deyəcəklər bi o yerdir ki, sizin üçün hazırlanmışdı. Əgər günah etsəydiniz burada olacaqdınız. ,Onlar çox şadlanacaqlar. Sonra Cəhənnəm əhlinə səslənəcək ki, behiştəki sizin üçün hazırlanmış yerinizə baxın, əgər saleh əməllər və Allahdan itaət etsəydiniz orada olacaqdınız, onlar çox heyfislənəcəklər və ona görə də əgər ölüm olsaydı narahatlıqdan öləcəkdilər. Bu məsələ bu ayənin təfsiridir ki, Allah taala behişt əhlinin barəsində buyurur: Onlar behişti irs aparacaqlar və orada əbədi və həmişəlik olacaqlar.
Buna əsasən qiyamətdəki behişt və cəhənnəm insanın əbədi mənzili olacaq. Onlar hal hazırda da mövcuddurlar. İnsanın halları, niyyətləri və əməlləri nəticəsində təkmil olurlar. Onların keyfiyyəti formalaşır. Qiyamətə qədər bərpa olacaq. Heç kəs onlara girməyib və ancaq Peyğəmbər üçün meracda görünüb.
Deməli:
A) Həzrəti Adəm və Həvvanın behişti
B) Ölümdən qabaq kı behişt və cəhənnəmlər yuxuda və ya oyaqlıqda görünürlər və ya ölümdən sonra bərzəxdə və ya müşahidə edilirlər. Hamısı həqiqi behişt və cəhənnəmdən bir nümunə və misaldır onların özü deyil.
İstifadə olunmuş ədəbiyyat:
1- Məadşünaslıq, hüseyni tehrani cild 1 və 2
2- Mənazilül axirət, Mühəddüs Qumi, səh 170- 181
3- Məadşünaslıq, əli şirvani
4- Əbədi dünyaya tərəf, Qurbani
5- İmam Xumeyni baxışından məad, Rəhimpur
6- Ölümdən sonrakı həyat, Təbatəbayi
7- İslami araşdırmalar, Təbatəbayi, səh 354-382

NAMAZA AİD MÜXTƏLİF MƏSƏLƏLƏR

1- Sual: İş yerində, oturduqda, yol getdikdə və s. hallarda nafilə namazı necə qılınmalıdır? Səcdə və rüku əvəzinə nə etməlidirlər?
Cavab: Nafilə namazını hər halda qılmaq səhihdir. Yol gedən zaman rüku və səcdə işarə ilə olunur.
2- Sual: Gecə namazının azan və iqaməsi var?
Cavab: Xeyir. Müstəhəbbi namazların azan və iqaməsi yoxdur. Gündəlik vacibi namazların azan və iqaməsi də müstəhəbdir.
3- Sual: "Bilərəkdən namazı tərk edən şəxs kafir olur" hədisinə əsasən bilə- bilə namazı tərk edən şəxslər kafirdirlər?
Cavab: Hədisdə namazın tərkində gələn kafir kəlməsi əməli kafirlikdir. Yəni üsyan və itaətsizlikdə mübaliğədir. Etiqadı kafir mənasını kəsb etmir. Onun hökümlərini də daşımır. Bəli əgər namazı tərk etmək onu inkar etməklə birgə olarsa, şəxsin mürtədd və nəcis olmasına səbəb olar.
4- Sual: Namaz qılmayan şəxslərlə get- gəl etmək və bir yerdə yemək yeməyin hökmü nədir?
Cavab: Namazı tərk etmək əgər laqeyidlik üzündən olarsa, kafir və nəcis olmasına səbəb deyil. Ona təsir etmə ehtimalı varsa, onunla get- gəl etməyin işkalı yoxdur.
5- Sual: Buluğdan qabaq qılınan namazlar buluğdan sonrakı qılınmamış və ya səhih qılınmamış namazların əvəzinə hesab olurmu?
Cavab: Buluğdan sonra fovt olmuş namazların qəzası qılınmalıdır. Buluğdan qabaqkı qılınan namazlar vacibi namazların qəzası əvəzinə hesab olunmur.
6- Sual: Namaz vaxtı ən yaxşı paltarı geyinməyin və zinətlənmək sifariş olduğunu nəzərə alsaq, namaz vaxtı bəzənməyin (yəni xarici ətirlərdən və bəzək əşyalarından istifadə etməyin) hökmü nədir?
Cavab: Namaz vaxtı bədənə ətir vurmaq, zahiri bəzəmək, təmiz paltar geyinmək və s. sifariş olunubdir. Amma namazda üzü bəzəmək barədə tövsiyə olunmayıbdır.
Əgər bir qadın öncədən bəzənibsə, o halda namaz qılmağın işkalı yoxdur. Ancaq bəzək əşyaları alının dərisinin möhürə çatmasına mane olmamalıdır.
7- Sual: Səfərdə bir məsciddə namaz qıldım və bilmədən möhürü özümlə gətirmişəm, vəzifəm nədir?
Cavab: Möhürü müsafirlər və ya poçt vasitəsi ilə qeyd edilən məscidə qaytarın. Məxsus bir məscidin namaz qılarları üçün vəqf olunan bir möhürlə, o məsciddən xaricdə namaz qılmaq səhih deyil.
8- Sual: Müstəhəbləri riayət etmədən ilkin vaxtda qılınan namaz fəzilətlidir yoxsa müstəhəbləri riayət olunan bir az gec qılınan namaz?
Cavab: İlk vaxtda namaz qılmaq əgər müxtəsər və təqibatsız belə olsa namazın sonrakı vaxtlarında qılınmasına üstünlüyü var. Hətta camaatla qılınan müxtəsər namaz belə müstəhəbləri ilə tək qılınan namazdan fəzilətlidir.
9- Sual: Vaxtında tək namaz qılmaq fəzilətlidir yoxsa bir miqdar təxirlə camaat namazı?
Cavab: İlkin vaxtadan bir miqdar keçsə belə, camaatla namaz qılmaq fəzilətlidir.
10- Sual: Namazın ilkin vaxtı ilə dərsin (zöhr azanı zamanı başlayan dərsin) hansı üstündür? Dərs sinifini namazı ilkin vaxtda qılmaq üçün tərk edə bilərikmi?
Cavab: İlkin vaxtda namaz qılmaq təkid olunmuş bir müstəhəbdir. Amma əgər ilk vaxtda dərs sinifini tərk etmək müəllimə hörmətsizlik, universitetin qanunlarına zidd və ya elmi nöqteyi nəzərdən geri qalmağa səbəb olarsa, namazınızı dərs sinifi tamam olandan sonra yerinə gətirin.
11- Sual: Cənabət halında və ya aylıq adət vəziyyətində meyyit namazı qılmaq olarmı?
Cavab: Bəli. Meyyit namazı qılmaq olar və səhihdir. Amma ehtiyat müstəhəb odur ki, başqa namazlarda riayət olunası şeylərin hamısı meyyit namazında da riayət olunsun.
12- Sual: Xüsuf və küsufa diqqət etməmişik, başqaları xəbər verib. Ayət namazı vacibdir?
Cavab: Əgər ay və günəşin tutlduğu vaxtda diqqətiniz olmayıbsa, xüsuf və ya küsuf qurtarandan sonra xəbərdar olmusunuzsa, ayın və günəş bütöv tutulmadığı surətdə, ayət namazı vacib deyil.
13- Sual: Niyə səfərdə oruc tutmamalıyıq və namazı qəsr qılmalıyıq?
Cavab: Səfərdə oruc tutmamaq və namazı qəsr qılmaq minnətli bir hökümdür. Şayəd səbəblərindən biri budur ki, adətən insan səfərdə bir sıra çətinliklərlə üzləşir. Allah taala da camaatın işinin asanlaşması üçün bəzi hökümləri yüngül tutubdur.
14- Sual: Əgər namazdan qabaq atanın övladı ilə işi varsa və onu çağırarsa, övladın vəzifəsi nədir?
Cavab: Əgər namazın vaxtı dardırsa, ilk öncə namazı qılmalıdır. Sonra atasının yanına getməlidir. Əgər namazın vaxtı varsa edə bilər atasının işini ön plana salsın. Amma əgər atanın fərmanını yerinə gətirməyi təxirə salmaq onun inciməsinə səbəb olarsa, vaxtın geniş olduğu halda, atanın işini qabağa salmalıdır.
15- Sual: Fitr və qurban namazı vacibdir ya müstəhəb?
Cavab: Zamanın imamının (ə) qeybət dövründə bayram namazları müstəhəbdir.

Borc ödəmək üçün Həzrəti İsanın duası

Həzrəti İsa ibni Məryəm (ə)- ın yanına bir kişi gələrək, borclu olduğundan şikyət etdi. Həzrət buyurdu: Söylə:
اَللّهُمَّ يا فارِجَ الْهَمِّ وَ مُنَفِّسَ الغَمِّ وَ مُذْهِبَ الْاَحْزانِ وَ مُجيبَ دَعْوَةِ المُضْطَرّينَ يا رَحْمنَ الدُنيا وَ الآخِرة وَ رَحيمَهُما اَنْتَ رَحْماني وَ رَحْمنُ کُلِّ شَئٍ فَارْحَمْني رَحْمَةً تُغْنيني بِها عَنْ رَحْمَةِ مَنْ سِواکَ وَ تَقْضي بِها عَنِّي الدَّيْنَ
Əgər yerin zərfiyyəti qədər qızıl ,borcun olsa, böyük Allah onu əda edər.

Əlmüctəna minəd- duael müctəba, seyyid ibn Tavus, səh 39

 

Pәrhizkаlаrın хüsusiyyәtlәri

Hәm Qurаni-kәrim, vә hәm dә mәsumlаrın (ә) buyurduqlаrı hәdislәrdә tәqvаlılаr vә pәrhizkаrlаr üçün bir sırа хüsusiyyәtlәr sаdаlаnmışdır.
Bunа misаl оlаrаq Аllаh-tааlаnın “Bәqәrә” surәsindә pәrhizkаrlаr üçün sаdаlаdığı aşağıdakı хüsusiyyәtlәri qеyd еtmәk оlаr:
1- Аllаhа imаn gәtirmәk;
2- Qiyаmәt gününә inаm;
3- İlаhi mәlәklәrә inаm;
4- Sәmаvi kitаblаrа inаm;
5- İlаhi pеyğәmbәrlәrә inаm;